Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, qədim tarixə malik olması şübhəsizdir.
İsmayıllı
Tarixi İsmayıllı rayonu 1931-ci il noyabr ayının 24-də yaradılmışdır. 1939-cu ildən 1977-ci ilədək İsmayıllı rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi, 07 oktyabr 1977-ci ildən 17 oktyabr 1991-ci ilədək İsmayıllı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il Fərmanına əsasən İsmayıllı rayon Xalq Deputatları Soveti ləğv edilmiş, onun əvəzində İsmayıllı rayon İcra Hakimiyyəti yaradılmış və 1991-ci ilin noyabr ayından bu adla fəaliyyət göstərir. Əhalisi İsmayıllı rayonunun əhalisi 01.01.2015-ci il tarixə 84010 nəfərdir. İsmayıllı rayonu ərazisində 1 şəhər, 2 qəsəbə və 105 kənd mövcuddur. Əhalinin 27244 (32.43 %) nəfəri şəhərdə, 56766 (67.57 %) nəfəri isə kənddə yaşayır. Ərazidə 125 nəfər Qarabağ müharibəsi əlili, 625 nəfər veteranı, 139 şəhid ailəsi, 28 nəfər Böyük Vətən Müharibəsi veteranı, 650 nəfər əmək veteranı, 11 nəfər əməkdar müəllim, 10 nəfər “Tərəqqi”, 6 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş sakin yaşayır. Rayonun müxtəlif yaşayış məntəqələrində Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan məcburi köçkün düşmüş 871 ailə (3481 nəfər) müvəqqəti məskunlaşmışdır.
Paylaş: |
» Kompaniya haqqında » Şirkətin strategiyası » Fəaliyyət istiqaməti » Bizimlə biznes » Tədbirlər |
» Reklam agentliyi » Məşğulluq agentliyi » Turizm agentliyi » Ticarət mərkəzi » Uşaq mərkəzi |
» Azərbaycan tarixi » Bakının tarixi » Gəncənin tarixi » Ziyarətgahlar » Videoçarxlar |
» Təhsil » Xaricdə təhsil » Müsabiqələr » Anonslar » Bizimlə əlaqə |
«GiM» SOSIAL ŞƏBƏKƏLƏR'DƏ |
|
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mutləqdir. Created by MiF Studio © 2008-2014 |